Avropadan Azərbaycana turist axını gözlənilir
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən turistlərin gəlməsi, onların hava limanlarında birbaşa sadələşdirilmiş viza ala bilmələri üçün danışıqlar aparılır.
F.Nağıyev əlavə edib ki, turistlərin qoruqlara, xüsusilə "Yanardağ"a, "Atəşgaha"a marağı böyükdür. O, tezliklə "Yanardağ" qoruğunun istifadəyə veriləcəyini vurğulayıb.
"Müşahidə edirik ki, hər ay 15 min turist "Yanardağ"ı, 20 mindən çox turist "Atəşgah"ı ziyarət edir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Fuad-Nağıyev Turist