Əlil məhbus protezlə təmin olunub

Əlil məhbus protezlə təmin olunub
  04 İyun 2019    Oxunub:2631
Müalicə müəssisəsində cəza çəkən məhbus protez və əsa ilə təmin olunub.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən xəbərə görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabe müəssisələrində saxlanılan fiziki qüsurlu şəxslərin protezlərlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tədbirlərini davam etdirir.

Penitensiar xidmətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez Ortopedik Bərpa Mərkəzi arasında qurulmuş işgüzar əlaqələr sayəsində İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən əlil məhkum ayaq protezi və iki ədəd əsa ilə təmin edilib.

Azvision.az


Teqlər: Ədliyyə  





Xəbər lenti