Niyazi Bayramov sakinləri dinlədi
M.Füzuli adina 22 nömrəli tam orta məktəbin qarşısında piyada keçidinin olmamasından şikayətlənən sakinlər, ərazidə işıqforun quraşdırılmasını da təklif ediblər. Sakinlərə bildirilib ki, “Mahrasa bağı” yaşayış massivinin ərazisində mavi yanacağın təzyiqinin aşağı olması qaz xəttlərinin köhnəliyi ilə bağlıdır. Hazırda bu istiqamətdə olan qaz xəttlərinin yenilənməsi üzrə iş aparılır.
Su ilə bağlı yaşanan problem isə Gəncədə icra olunan su-kanalizasiya xəttlərinin yenilənməsi layihəsi başa çatdıqdan sonra öz həllini tapacaq. Sakinlər ümumi məsələlərlə yanaşı, öz şəxsi problemlərini də dilə gətiriblər. Əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.
Azvision.az
Teqlər: Gəncə