“10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq” - Nazir
Onun sözlərinə görə, məşğulluq alt sistemi vasitəsilə işsizlər haqqında bütün məlumatlar əlçatan olub: "Bu sistemin davamı olaraq məşğulluq proqramları və mexanizmi qısa müddətdə təqdim olunacaq. Ötən il 6000 min ailə aktivlərlə təmin olunub. Eləcə də bu il ərzində 10 min ailə mikrotəsərrüfatlarla təmin olunacaq. Gələcəkdə bu rəqəmin 15 minə çatdırılması nəzərdə tutulur".
Nazir qeyd edib ki, əmək bazarında əlaqələndirilmiş iş təmin ediləcək: "Bu ilin 5 ayı ərzində əmək müqavilələrinin sayı 95 mindən artıq olub. Bu da əvvəlki illərdə müqayisədə olduqca artıqdır. Bu sahədə 17-18 faizlik artım onu deməyə əsas verir ki, sahibkar, özəl sektorlar şəffaf şəkildə işləməyə çalışırlar. Bu artım tendensiyanın daim davam edəcəyi gözlənilir".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Sahil-Babayev ƏƏSMN Nazir