Əmək müqavilələrinin sayında 95 min artım olub
Həmin əmək müqavilələrindən 66 268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.
İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım özünü göstərib.
Azvision.az