141 terrorçu zərərsizləşdirilib, 16-sı "rəhbər" olub

 141 terrorçu zərərsizləşdirilib, 16-sı "rəhbər" olub
  03 İyun 2019    Oxunub:1512
Türkiyədə daxili təhlükəsizliyin təmin olunması üçün may ayında 6-sı böyük, 47-i orta miqyaslı olmaqla, ümumilikdə 11971 əməliyyat həyata keçirilib.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Çatlı deyib. Bildirib ki, əməliyyatlar zamanı axtarışda olan 141 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçulardan 16 nəfəri “rəhbər” statusunda olub.

İ.Çatlı qeyd edib ki, kiber cinayətkarlıqla mübarizə çərçivəsində 4959 sosial media hesabı nəzarətə götürülüb və onlardan 2295-i barəsində iş açılıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: DİN   Terror   Cinayət  





Xəbər lenti