Naxçıvanda yaşayan uşaqların sayı açıqlanıb

Naxçıvanda yaşayan uşaqların sayı açıqlanıb
  01 İyun 2019    Oxunub:1886
Naxçıvan Muxtar Respublikası əhalisinin 35 faizi və ya 163 min 281 nəfəri uşaqlardır.
Azvision.az -ın məlumatına görə, 2018-2019-cu tədrisilində muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır.

Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali təhsil müəssisələrinə, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunan 331 nəfər 500-700 arası bal toplayıb.

Muxtar respublikada uşaqların peşə təhsilinə cəlb edilməsi də əsas vəzifələrdəndir. 2018-2019-cu tədris ilində 320-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib.

Ötən il ərzində 830 sağlamlıq imkanları məhdud uşağın 85-i məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə, cari ilin ötən dövründə isə 16 sağlamlıq imkanı məhdud uşaq müxtəlif təhsil müəssisələrinə cəlb olunub.

Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1002, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 24 uşaq təhsil alır. Həmçinin Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 10 uşağa valideynlərinə dəstək məqsədilə qulluq edilir.

2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 108 olub ki, onların da 68-i ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 1-i distant tədrisin birinci sinfinə, 1-i isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilib. Bundan əlavə, 56 uşaq şahmat məktəblərinə, 110 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 90 uşaq isə idman məktəblərinə cəlb olunub.

Qeyd edək ki, 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti