“İpək Yolunda yaşıl zona yaradılmalıdır”

“İpək Yolunda yaşıl zona yaradılmalıdır”
  31 May 2019    Oxunub:1856
Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında ölkədə yaşıllıq ərazilərin sayının artırılmasını təklif edib.
Azvision.az -ın məlumatına görə, Ə.Məsimli deyib ki, ölkə üzrə yaşıllıq ərazilərin sayı artırılmalıdır.

“Azərbaycanda ekoloji məsələlər diqqət mərkəzində saxlanmalıdır. Abşeronun yaşıllaşdırılmasının yeni proqramı hazırlanmalıdır. Bundan başqa, İpək Yolunda yaşıl zona yaradılmalıdır. Belə məsələlər ölkə üçün çox əhəmiyyətlidir”-deyə deputat qeyd edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Əli-Məsimli  





Xəbər lenti