Nazir və müavinləri vətəndaşları qəbul edib

Nazir və müavinləri vətəndaşları qəbul edib
  31 May 2019    Oxunub:1462
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 31 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Azvision.az -ın məlumatına görə, qəbuldan əvvəl nazir və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Oğuz, Rauf Hacıyev isə Şəki şəhərindən olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az


Teqlər: MuxtarBabayev  





Xəbər lenti