“Nə edək, hər dəfə kartdan pul çıxaraq?” - Spikerdən nazirə irad

“Nə edək, hər dəfə kartdan pul çıxaraq?” -  Spikerdən nazirə irad
  31 May 2019    Oxunub:5846
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov post-terminalların işləməməsindən şikayətlənib.

Azvision.az -ın məlumatına görə, O.Əsədov vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, post-terminalların fəaliyyəti haqqında fikirləşmək lazımdır.
“Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, post-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, post-terminallar işləmir, nə edək? Əmək haqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: OqtayƏsədov   MilliMəclis  





Xəbər lenti