Deputat bəzi nazirlərin iclasa gəlməməsindən şikayətləndi

Deputat bəzi nazirlərin iclasa gəlməməsindən şikayətləndi
  31 May 2019    Oxunub:1525
"Təəssüflər olsun ki, büdcənin qəbulu zamanı hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir, amma büdcənin icrası ilə əlaqədar iclasda belə deyil"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.

Deputat deyib ki, sanki büdcə yalnız Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir: “Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki büdcənin icrası zamanı müəyyən xərclərə yol verilir ki, bunlar millət vəkilləri tərəfindən bilinməli, araşdırılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, hökumət üzvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa Prezidentinin ölkəmizə səfəridir: “Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Oqtay-Əsədov   Milli-Məclis  





Xəbər lenti