“O vaxtki vəkillər kollegiyası heç bir səy göstərmirdi” - Gündüz Kərimov

   “O vaxtki vəkillər kollegiyası heç bir səy göstərmirdi” -    Gündüz Kərimov
  31 May 2019    Oxunub:5614
“Azərbaycanda vəkillərin davranışını tənzimləyən etik-davranış qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. Bu da öz növbəsində vəkilliyin nüfuzunun artmasına gətirib çıxara bilər”.
Azvision.az xəbər verir ki, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

O, xatırladıb ki, 2011-ci ildə İnsan Haqları İnstitutunun, Vəkillər Kollegiyasının və digər qurumların iştirakı ilə keçirilən tədbirdə çıxış edərək bildirmişdi ki, o vaxtkı Vəkillər Kollegiyasının sədri vəkillərin nüfuzunun artırılmasına heç bir səy göstərmir:

“Vəkilliyin nüfuzu ayrı-ayrı vəkillərin nüfuzundan asılı idi. Bu gün Vəkillər Kollegiyası vəkillərə olan inamın və etimadın artırılması üçün böyük səy göstərir. Bu, özü təqdirəlayiq haldır. Eyni zamanda bəzi vəkillər bəzi məsələlərdə müəyyən haqsızlıq nümayiş etdirir”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti