İyunda hava necə olacaq?- Aylıq proqnoz
Birinci ongünlükdə havanın temperaturu getdikcə yüksələcək. Bəzi günlərdə temperaturun iqlim normasından 4-6 dərəcə yüksək olacağı gözlənilir.
İkinci ongünlükdə şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı(norma 9-12 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 21-35 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 13-18, gündüzlər 18-23, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (86-130 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər az olacağı (46-63 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 31-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, bəzi günlərdə 26-31, gündüzlər 34-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 12-49 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 21-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 29-47 mm) gözlənilir.
Azvision.az