“Prokurorluq peşəsini mənə sevdirən vəkil olub” - Baş Prokurorun müavini

   “Prokurorluq peşəsini mənə sevdirən vəkil olub” -    Baş Prokurorun müavini
  31 May 2019    Oxunub:4966
"Vəkillər Kollegiyası ilə Prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorun müavini Namiq Əsgərov "Məhkəmə-Hüquq islahatlarına Vəkil baxışı" adlı konfransda deyib.

N.Əsgərov bildirib ki, məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir: "Prokurorluq peşəsini mənə sevdirən vəkil olub. Vəkil sözü çətinə düşəndə çağırılan şəxs mənasını verir. Vəkil hüquqi əsgərdir. Prokuror isə qayğı göstərən deməkdir. Hər iki peşə sahibinin və qurumun fəaliyyəti normativ aktlarla tənzimlənir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. Vəkillər və prokurorlar insanın hüquqları və azadlıqlarının müdafiəsinə yönəlib. Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var. Vəkil və prokurorluq münasibətləri bu gün çox yaxşı vəziyyətdədir. Şadam ki, bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərirlər".

N. Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı fərmanda Baş Prokurorluğa edilmiş 2 tövsiyə var: “Baş Prokuror Zakir Qaralovun göstərişi ilə Baş Prokurorluqda 15 nəfərdən ibarət işçi qrupu yaradıldı. Göstəriş verildi ki, Prezidentin fərmanının icrası ilə əlaqədar qanun layihəsi hazırlansın. Baş prokurorluq tərəfindən bütün qurumlara məktub göndərildi. Mayın 2-də biz öz təkliflərimizi tamamladıq. 200-dən çox təklif həm Ali Məhkəməyə, həm də Ədliyyə Nazirliyinə göndərildi. Hazırda Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun işçiləri birlikdə fərmanda qeyd olunan məsələləri yekunlaşdırmaq üzrədir. Layihə aidiyyatı üzrə quruma göndəriləcək”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Namiq-Əsgərov  





Xəbər lenti