“Mehriban xanımın hədiyyəsi atamı sevindirdi” - Xalq artistinin qızı
Bunu Azvision.az -a Xalq artisti Ramiz Əzibəylinin qızı Cəlalə Əzibəyli deyib. O bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib.
C.Əzizbəyli hazırda atasının səhhətinin normal olduğunu söyləyib: “İndi şükürlər olsun ki, yaxşıdır. Amma evdə çox darıxır. Müalicəsi davam edir. Bilirsiniz ki, ayaq barmaqlarının bir hissəsini götürüblər, indi tamamilə yataq xəstəsidir. Ayağı tam sağalmamış yeriyə bilməz. Sənət dostlarının hamısı atamla maraqlanırlar”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.
Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ramiz-Əzizbəyli