Astarada narkotik yetişdirən şəxslər saxlanılıb

Astarada narkotik yetişdirən şəxslər saxlanılıb
  31 May 2019    Oxunub:1848
Astara rayonunda narkotik tərkibli bitki yetişdirən şəxslər saxlanılıb.
Bu barədə Azvision.az -a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində Astara RPŞ-nin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsinin sakini Elman Məmmədovun yaşadığı evin həyətindən 57 ədəd xaş-xaş bitkisi, Şahağacı kəndinin sakini əvvəllər məhkum olunmuş Yadigar Şükürovun yaşadığı evin həyətindən isə 13 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Astara   Narkotik  





Xəbər lenti