Özünü qatarın altına atan qadın sağ qalıb - VİDEO (Yenilənib)
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a açıqlamasında bildirib ki, həmin şəxş 1965-ci il təvəllüdlü sərnişin Asya Əmirovadır. O, intihar məqsədilə özünü qatarın altına atsa da, sağ qalıb.
***
(09:50)
"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasında intihar hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, kimliyi hələlik açıqlanmayan qadın sərnişin özünü qatarın altına atıb. Hadisə saat 09:35-də qeydə alınıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Anar Kəlbiyev
Azvision.az