Həmsədrlər tərəfləri təmkinli olmağa çağırdı - Bəyanat

 Həmsədrlər tərəfləri təmkinli olmağa çağırdı -   Bəyanat
  31 May 2019    Oxunub:1641
ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bəyanatda həmsədrlər səfərin əsas məqsədi kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətləndirilməsini, habelə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələri davam etdirməyi göstəriblər.

“Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirlərilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul ediblər və görüşün təfərrüatı barədə uyğun vaxtda məlumat veriləcək”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda, həmçinin təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

Azvision.az



Teqlər: ATƏT   Sədri  





Xəbər lenti