Miqrasiya Xidmətində iş adamları ilə görüş olub - FOTOLAR
Dövlət Miqrasiya Xidmətindəki son yeniliklər barədə məlumat verən Vüsal Hüseynov sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdə və işəgötürənlərlə qarşılıqlı müzakirələr aparmaqda maraqlı olduğunu bildirib. Bu qəbildən olan tədbirlərin, Azərbaycanda şəffaf biznes mühitinin daha da artırılmasına, iş adamlarına əlverişli şəraitin yaradılmasına tövhə verdiyini söyləyən Xidmət rəisi sahibkarların suallarını cavablandırıb.
Ənənə halını alan görüşdə həlli vacib məsələlər araşdırılıb, qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər müzakirə olunub,həmçinin, sahibkarlara zəruri məlumatlar verilib, əcnəbi işçi qüvvəsinə tələbatların təminində yaranan çətinliklər, qarşıdakı il üçün əməkçi miqrantlara olan ehtiyaclara dair proqnoz məlumatların hazırlanması və digər mövzular müzakirə olunub.
Azvision.az
Teqlər: Miqrasiya-Xidməti Vüsal-Hüseynov DMX