Təhsil Nazirliyi dərslik probleminin həllinə çalışır
O. bildirib ki, bununla bağlı müəyyən tələblər müəyyənləşməlidir: "Tələblər müxtəlif ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklərdə yer alacaq faktlar mötəbər mənbələrdən əldə edilməli, müasir olmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır".
İ. İsayev qeyd edib ki, dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir: "Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək".
Nazir müavini onu da əlavə edib ki, məcburi şəkildə peşə yönümlü xidmətlər təşkil ediləcək.
Aytən Zəhra
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi Dərslik