Qadını şantaj edən cinayət başında tutuldu

Qadını şantaj edən cinayət başında tutuldu
  30 May 2019    Oxunub:2440
Polis əməkdaşları tərəfindən Bakı şəhərində qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti