“Trampın Prezidentə iki məktub göndərməsi təsadüfi deyil” - Fərid Şəfiyev

  “Trampın Prezidentə iki məktub göndərməsi təsadüfi deyil” -    Fərid Şəfiyev
  30 May 2019    Oxunub:3722
"Son bir neçə gündə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlanması ABŞ-ın ölkəmizə yüksək önəm verdiyini və bölgədə liderlik rolumuzu aydın göstərir".
Bunu Azvision.az -a açıqlmasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, məktublarda müxtəlif mövzular əhatə olunur: "Terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ölkədaxili islahatlar və digər məsələlər məktublarda öz əksini tapıb. Adətən Müstəqillik Günü ərəfəsində belə məktublar daxil olmaqdadır. Lakin bu dəfə iki məktubun qısa bir zamanda göndərilməsi təsadüfi deyil. Çox güman ki, yaxın zamanlarda ikitərəfli əlaqələr çərçivəsində müəyyən inkişafın olmasını müşahidə edəcəyik".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Fərid-Şəfiyev   ABŞ   Tramp  





Xəbər lenti