"ABŞ-la istənilən məsələni müzakirə etməyə hazırıq" - Ruhani

 "ABŞ-la istənilən məsələni müzakirə etməyə hazırıq" -  Ruhani
  29 May 2019    Oxunub:1353
"ABŞ sanksiyaları ləğv edərək, sazişlərə əməl etdiyi təqdirdə qapımız onların üzünə açıqdır”
Azvision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ-İran münasibətlərindən danışarkən bildirib.

O, vurğulayıb ki, ölkəsi ABŞ-la bir şərtlə danışıqlar masasına otura bilər ki, ABŞ nüvə sazişi üzrə razılaşmaya əməl etsin və İrana qarşı sanksiyalardan əl çəksin.

Ruhani vurğulayıb ki, İran həmişə amerikalı həmkarları ilə istənilən məsələni müzakirə etməyə hazırdır.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin istədiyi təqdirdə danışıqlara hazır olduqlarını bəyan edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Ruhani   ABŞ   Tramp  





Xəbər lenti