Sergey Markov: “Azərbaycan ordusu müharibəyə hazırdır”

 Sergey Markov:  “Azərbaycan ordusu müharibəyə hazırdır”
  29 May 2019    Oxunub:2815
“Azərbaycanın 20 faiz torpağı işğal olunub. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib”.
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir: “O ərazilərdən azərbaycanlılar çıxarılıb. Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə baş verib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu qeyd olunub”.

İnstitut direktoru vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk qrupu yaradılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir”.

S.Markov, həmçinin qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır: "Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər".

Azvision.az


Teqlər: Sergey-Markov  





Xəbər lenti