Həmsədrlər Qarabağa gəldilər

Həmsədrlər Qarabağa gəldilər
  29 May 2019    Oxunub:2443
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər ediblər.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsdərlər Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma qurumun "rəhbəri" Bako Saakyanla görüşüb, cəbhədəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, mayın 27-də ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) regiona səfərə gəliblər.

Azvision.az



Teqlər: ATƏT   Qarabağ   Səfər  





Xəbər lenti