Avtomobil oğruları saxlanılıb

Avtomobil oğruları saxlanılıb
  28 May 2019    Oxunub:2278
Mayın 27-də Şəki şəhərinin M.F.Axundov prospektindən şəhər sakini T.Mustafazadəyə məxsus “VAZ-21009” markalı avtomobilin qaçırılması barədə Şəki ŞRPŞ-yə müraciət daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Rəşidov və R.Həsənov qısa müddətdə avtomobillə birgə M.Hüseynzadə küçəsində saxlanılıblar.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Maşın   Oğurluq   Şəki  





Xəbər lenti