Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili
Azvision.az xəbər verir ki, Cümhuriyyətin yarandığı gün - 28 may Azərbaycanda Respublika günü kimi qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi.
Ancaq AXC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süqut etdi.
Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günüdür.
Azvision.az
Teqlər: AXC Cümhuriyyət