Uşaqları planşet və telefonlardan uzaq tutun! - Xəbərdarlıq
"Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlərdən, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir.Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".
Y.Abdiyeva əlavə edib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq.
Aytən Zəhra
Azvision.az