Vitse-spiker: “İstədikləri məsələni bir saata həll edirlər”

 Vitse-spiker:  “İstədikləri məsələni bir saata həll edirlər”
  17 May 2019    Oxunub:1679
“Böyük Britaniya Xarici İşlər Nazirliyi bir söz deyir, Azərbaycandakı səfirlik isə başqa söz.. Bu necə ola bilər? Belə olan halda nə deyəsən. Bütün bunların səbəblərindən biri də odur ki, beynəlxalq hüquq işləmir, işləsəydi, hamı yerində oturdulsaydı, bu biabırçılıqlar baş verməzdi".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. MM sədrinin müavini bildirib ki, Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı 4 qətnamə qəbul olunsa da icra olunmur.

"Buna baxmayaraq, istədikləri məsələni bir saatın içində həll edirlər, mürəkkəbi qurumamış məsələ həll edilir. Bunların açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Hər bir kəs çəkici bir yerə vurmalıdır” - deyə Z.Əsgərov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Ziyafət-Əsgərov  





Xəbər lenti