Ziyafət Əsgərov iclasda deputatlara irad tutdu

 Ziyafət Əsgərov iclasda deputatlara irad tutdu
  17 May 2019    Oxunub:1821
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Ziyafət Əsgərov deputatlara irad bildirib.
Azvision.az -ın məlumatına görə, Z.Əsgərov deyib ki, plenar iclasda qanun layihəsi barədə çıxış etmək lazımdır. Onun fikrincə, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil:

“Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.

YAP-çı deputat Siyavuş Novruzov vitse-spikerə cavab verib: "Elə məsələlər var ki, bu gün burada demiriksə, bunu sosial şəbəkədə, başqa yerdə deməyin əhəmiyyəti yoxdur. Milli Məclisin üzvləri milləti, cəmiyyəti və dövləti narahat edən məsələləri qaldırmalıdır. Deputatlar Azərbaycana qarşı ədalətsiz təzyiqlərə qarşı mövqelərini bildirmək istəyirlər. Burada hansısa qanundan asılı olmayaraq bir vətəndaşlıq, deputat borcudur ki, problemlər qaldırılsın və münasibət bildirilsin”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti