Azərbaycanla Çexiya arasında hərbi danışıqlar aparıldı

Azərbaycanla Çexiya arasında hərbi danışıqlar aparıldı
  16 May 2019    Oxunub:2451
Mayın 16-da Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Fuad Məmmədov ölkəmizdə səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti