Baş nazir Bakı Ekspo Mərkəzindəki sərgidə - FOTOLAR

Baş nazir Bakı Ekspo Mərkəzindəki sərgidə -    FOTOLAR
  16 May 2019    Oxunub:2302
Mayın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.
Bu barədə Azvision.az -a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Baş Nazirə məlumat verilib ki, sərgilərdə dünyanın 32 ölkəsini, ümumilikdə, 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil edir. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycan ilə yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələrdən şirkətlər yer alır. İtaliya, Türkiyə, Belarus, Gürcüstan, Niderland Krallığı və Şri-Lanka sərgidə milli stendlərlə iştirak edirlər. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Baş Nazir Novruz Məmmədov hər iki sərginin pavilyonları ilə tanış olub.







Azvision.az


Teqlər: Baş-Nazir   Novruz-Məmmədov  





Xəbər lenti