Gəncə ilə bağlı sərəncam - 6,4 milyon manat ayrıldı

Gəncə ilə bağlı sərəncam -  6,4 milyon manat ayrıldı
  16 May 2019    Oxunub:1999
Prezident İlham Əliyev Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncama əsasən Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

Azvision.az



Teqlər: Gəncə   Prezident   Sərəncam  





Xəbər lenti