Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı xəbərdarlıq

 Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı  xəbərdarlıq
  16 May 2019    Oxunub:2507
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq. Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: NRYTN   İnternet  





Xəbər lenti