Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə müzakirə edilib
Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov iki ölkənin gömrük orqanları arasındakı qarşılıqlı əməkdaşlıqdan məmnunluqla bəhs edib və işgüzar, səmərəli münasibətlərin daha da inkişaf etdirilməsinin faydalarından danışıb.
Baş İdarə rəisi son zamanlar Azərbaycanda gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və tətbiq edilən yeniliklərin hüquqpozmalara qarşı mübarizə sahəsində də səmərəliliyinin artırılmasına təkan verdiyini diqqətə çatdırıb.
Eyni zamanda görüşdə cari ilin müvafiq dövründə Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azvision.az