“Abituriyentlərin 29 faizi öz yazısı ilə maraqlanmır”

   “Abituriyentlərin 29 faizi öz yazısı ilə maraqlanmır”
  29 Aprel 2019    Oxunub:2863
Dövlət İmtahan Mərkəzinin (DIM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında sual kitabçalarının təhvil verilməməsinə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, DIM sədri bunun elmi əsası olduğunu bildirib.

"SAT və ya TOEFL imtahanlarında sual kitabçaları verilmir. Buraxılış imtahanında da kitabçaları vermirik. Çünki yazı işlərini yoxlamaq üçün xüsusi vərəqələr var və bu vərəqələr cavab kartından fərqlidir. Bu vərəqələri uşaqlar təhvil verməlidir. Hər il belə imtahanlara aid bir variantı və araşdırmaları çap edirik ki, müəllimlər tanış olsun".

M.Abbaszadə qeyd edib ki, imtahan verən abituriyentlər öz nəticələri ilə maraqlanmırlar: "Ümumi (9 illik) orta təhsil bazasında 4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib. 9-cu sinif buraxılış imtahanlarında (3 mart-I intahan günü) iştirak edən 37434 abituriyentdən 26 min 856 nəfər öz balını bilir. Qalan 12 min nəfər heç öz balına baxmayıb. Abituriyentlərin 29 faizi öz yazısı ilə maraqlanmır. İkinci imtahan günündə (10 mart) iştirak edən 39700 9-cu sinif şagirdindən 25762 nəfəri öz nəticələrinə baxıb. 6973 nəfər isə cavab vərəqələrinə baxmayıb".

M.Abbaszadə qeyd edib ki, aprel ayında keçirilən imtahanların nəticələri iyun ayına qədər elan olunacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM  





Xəbər lenti