Aqrar sığorta informasiya sistemi yaradılır
Qanun layihəsinin 13-cü (Aqrar sığorta informasiya sistemi) maddəsinə əsasən, aqrar sığorta ilə bağlı fəaliyyət üzrə subyektlərin hərəkətlərin elektron qaydada aparılması, aqrar sığorta məhsulunun elektron təşkili, aqrar sığortalıların qeydiyyatının və göstərilən xidmətlərə nəzarətin operativ qaydada həyata keçirilməsi məqsədilə aqrar sığorta orqanı tərəfindən aqrar sığorta informasiya sistemi yaradılır.
Aqrar sığorta informasiya sistemi dövlət informasiya sistemi sayılır. Sistemin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.
Aqrar sığorta infomasiya sisteminə inteqrasiya edilməli olan informaisya sistemlərinin və onlardan əldə olunan məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Anar Kəlbiyev
Azvision.az