“Hər 200 min puldan biri saxtadır” - Elman Rüstəmov
AMB-ın sədri bildirib ki, bu istiqamətdə güclü texnoloji yeniliklər var: "Bu, bizim 200 manatlıqda əksini tapıb, müasir müdafiə qabiliyyəti var. Azərbaycan bankomatlarının müdafiə səviyyəsi yüksəkdir. Saxtakarlıq göstəricisində isə 200 min pulun içərisində 1 ədəd saxta pul düşür. Avropada 30 minə, Rusiyada 130 minə 1 ədəd saxta pul düşür. Proses gedir, burada texniki problemlər çıxır. Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. 8-10 ay ərzində adaptasiya gedir".
E.Rüstəmov qeyd edib ki, may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək.
Aytən Zəhra
Azvision.az