Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
2019-cu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 974,6 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10 milyard 379,6 milyon manatı və ya 80,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 581,0 milyon manat olub və ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.
Azvision.az