Çindən 2 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib
Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən Super elit, elit, hibrit ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib. Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipəkqurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac olunur.
Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı ilə aprelin 23-də ölkəmizə gətirilib. Ölkəyə gətirilən toxumların 16875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipək qurdlarının mayın birinci on günlüyünə qədər müvafiq rayonların kümçülərinə bölgü əsasında paylanılması nəzərdə tutulub.
Azvision.az
Teqlər: Çin Azərbaycan