ABŞ: “Altılıq” İranla razılığa gələ bilmədi

ABŞ: “Altılıq” İranla razılığa gələ bilmədi
  09 Noyabr 2013    Oxunub:1096
İranla “altılığ”ın danışıqlarında işqtirak etmək üçün Cenevrəyə gələn ABŞ dövlət katibi Con Kerri jurnalistlərə bildirib ki, tərəflər nüvə proqramı məsələsi üzrə razılığa gələ bilməyiblər. Amma bu istiqamətdə iş davam edir.
AzVision.az xəbər verir ki, ABŞ dövlət katibi qeyd edib ki, Avropa Birliyinin beynəlxalq işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Cavad Zəriflə görüşmək niyyətindədir. “Bizi qayğılandıran mövzuları qaldırmaq istəyirik, amma özümüzü aldatmağa dəyməz, çünki qapalı məsələlər hələ də qalır", - deyə Kerri bildirib.


Teqlər:  





Xəbər lenti