Erməni nazirin oğlu Hitlerin xidmətində - ARAŞDIRMA

   Erməni nazirin oğlu Hitlerin xidmətində -    ARAŞDIRMA
  25 Dekabr 2018    Oxunub:29404
Ermənilərin nasist Almaniyasına göstərdikləri xidmətlər heç kimə sirr deyil və milyonlarla günahsız insanın ölümündə onların da əlinin olmasını sübuta yetirən kifayət qədər dəlillər o dövrə aid arxiv sənədlərində əks olunub.
Almaniyanın siyasi elitasında ermənilərə qarşı simpatiya təxminən 1930-cu illərdə meydana çıxmağa başlamış, 1933-cü ildə, yəni nasistlər hakimiyyətə gələndən sonra isə daha da güclənmişdi. Maraqlıdır ki, Adolf Hitlerin şəxsən özünün də ermənilərə marağı vardı. O, çıxışlarında erməniləri “ari” soyundan gələn xalq, bu irqin xüsusi bir üzvü adlandırmışdı. Elə o sevginin nəticəsi idi ki, 1936-cı ildə nəşr edilən erməni jurnal və qəzetlərində Hitlerə sevgi aşılanır, onu tərifləyən yazılar dərc edilirdi.

Bəzi mənbələr yazır ki, hətta Adolf Hitler 1939-cu ilin 22 avqust tarixində Bavariya əyalətinin Obersalzberq şəhərində təşkil olunmuş generallarla görüşdə Polşanın işğalı ilə bağlı əmr verərkən “erməni soyqırımı” mövzusunda Türkiyəni ittiham etmiş və erməniləri dəstəkləmişdi.

Beləliklə, 1930-1945-ci illər nasist Almaniyası ilə anti-semitik ermənilərin rəsmən müttəfiq olduğu dövrlər sayılır.

1933-cü ildə Almaniyanın təbliğat naziri Yozef Göbbels, o cümlədən, Alfred Rozenberq ermənilərin ari irqindən gəldiyini öz çıxışlarında ifadə ediblər. Bu çıxışların məntiqi nəticəsi olaraq, 1936-cı ildə araşdırmaçı A.Abegyana Almaniyada komissya yaratmaq və ermənilərin antropoloyasını araşdırmaq tapşırılır.
Beləcə, 1934-cü ildə Paul Rorbax və Artaşes Abegyan birlikdə "Ari ermənilərin nasist intelektualları ilə işbirliyi" adlı kitab yazırlar. Kitabda açıq-aydın göstərilirdi ki, erməni dili ari irqinə məxsusdur.

Bunun ardınca erməni-nasist əməkdaşlığını təbliğ edən onlarla digər kitablar da yazılmışdı.

III Reyx üçün savaşmış məşhur erməni taburlarında biri də 812-ci taburdur. Bu tabur Alfred Muradyan və Armik Camalyanın rəhbərliyi ilə təşkil olunmuşdu. Armik Camalyan Ermənistan xarici işlər naziri olmuş Arşak Camalyanın oğlu idi.

Arşak Camalyan Zaqafqaziya Seyminin üzvü olmuş, Erməni Milli Şurasının 1918-ci ildə Berlinə göndərdiyi nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Sonra Ermənistanın Tiflisdəki səfiri vəzifəsində çalışmış, 1920-ci ildə isə nəqliyyat naziri təyin olunmuşdu. 1920-ci ilin avqustun 10-da Tiflisdə RSFSR ilə Ermənistan arasında müqaviləni məhz o imzalamışdı.



Buradan bir daha görünür ki, erməni siyasi elitasının Hitlerə sevgisi nə qədər böyük olub. Ermənistanın xarici işlər nazirinin oğlunun hesabına 20 min erməni 812-ci tabura qatılmışdı. Onlara SS və alman təhlükəsizlik qüvvələri tərəfindən xüsusi təlimlər keçirilmişdi. Erməni legionları əsasən Kırım, Şimali Qafqaz, Polşa və Hollandiyada xidmət keçmişdilər. Anna Frank öz məşhur gündəliyini məhz erməni legionunun Hollandiyada yəhudilərə qarşı əməliyyatlar keçirildiyi illərdə yazmışdır.

1940-cı ilə qədər III Reyxin ordusunda 100 minə yaxın ermənidən ibarət xüsusi legionlar qurulmuşdu. Nasistlərin sadiq xidmətçisi, erməni generalı Dro (o, "yəhudi ovçusu" ləğəbi ilə tanınıb) və erməni yazar Qaro Gevorkyanın 1942-ci ilin dekabr ayında Adolf Hitlerin ən yaxın silahdaşı, III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri, o cümlədən, çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinən Haynrix Himmlerlə görüşdüyünə dair tarixi qeydlər var. Həmin görüşdə Himmlerə keşiş Lepsiusun "Erməni xalqının ölümcül yürüşü" adlı kitabı da təqdim olunmuşdu.

Dronun qəddarlığı, insanları qətlə yetirərkən heç bir vicdan əzabı çəkməməsi nasist hərbi canilərində, eləcə də Himmlerin özündə böyük marağa səbəb olmuşdu. Haynrix Himmlerin və general Dronun çağışışı ilə təxminən 30 minə qədər erməni Hitlerin nasizm ideologiyası uğurunda III Reyxin ordusuna qatılmışdı.

Ermənilərin Hitler Almaniyasına xidmətlərini sübuta yetirən kifayət qədər tarixi faktlar var. Belə faktlardan biri də 1944-cü ildə Böyük Britaniyanın Türkiyədəki səfirinin Londona göndərdiyi gizli qeydlərdə öz əksini tapıb. O, bildirirdi ki, Türkiyədəki ermənilər artıq alman kəşfiyyatına xidmət etmək üçün tam hazır vəziyyətdədirlər.

Fərrux Həsənov
Azvision.az



Teqlər: Erməni-faşizmi   Faşim  





Xəbər lenti