Marqvelaşvili tərəfdarlarına minnətdarlığını bildirdi - FOTOLAR

Marqvelaşvili tərəfdarlarına minnətdarlığını bildirdi - FOTOLAR
  28 Oktyabr 2013    Oxunub:1441
Gürcüstan prezident seçkilərində hakim partiyadan olan namizəd Giorgi Margelaşvili bütün seçicilərin təbrik edib. Gürcüstan Prezidenti Mixail Saakaşvili isə Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, `Gürcü Arzusu` partiyasının baş qərargahında Margelaşvilini qalib kimi alqışlarla qarşılayıblar.

Tərəfdarlarının qarşısında çıxış edən namizəd ona dəstək olan hamıya təşəkkür edib. Baş Nazir İvanişviliyə də verdiyi dəstəyə görə məxsusi təşəkkür edən Margelaşvili “Gürcü xalqı azad bir xalqdır, bu bir daha göstərdi ki, Gürcüstan xalqı azad seçim edə bilir” deyə bildirib.

Qeyd edək ki, eks spiker, prezident seçkilərində namizəd Burcanadze seçkilərdə ciddi qanun pozuntuları olması haqda iddia irəli sürüb.

Gürcüstan Prezidenti Mixail Saakaşvili isə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb.

M.Saakaşvili xalqa müraciətində deyib: "Gürcüstanda seçkilər keçirildi və ölkə yeni prezidentini seçdi. Mən bütün seçicilərə təşəkkür etmək istəyirəm, bütün seçkilər demokratiyanın inkişafına xidmət edir və seçicilər öz sözlərini dedilər. Mən seçkinin nəticələrindən narazı qalanlara demək istəyirəm: biz əksəriyyətin seçiminə hörmət etməliyik".

Xatırladaq ki, "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.

Qalereya




Teqlər:  





Xəbər lenti