Mətbuatımızın nimdaş binası - VİDEO

Mətbuatımızın nimdaş binası - VİDEO
  04 Oktyabr 2018    Oxunub:2653
“Azərbaycan” nəşriyyatı 44 il ərzində bir dəfə də əsaslı təmir olunmayıb.
Nimdaş mərtəbələr, hər yerdə siqaret kötükləri, zibil... Bura “Azərbaycan” nəşriyyatının binasıdır.

Özünün 100 yaşını qeyd eləməyə hazırlaşan nəşriyyat bu binaya 1974-cü ildə köçüb. O vaxtdan keçən 44 il ərzində bina bir dəfə də əsaslı təmir olunmayıb. Yalnız nəşriyyatın daxili imkanları hesabına müəyyən vaxtlarda cari təmir işləri görülüb və onlar da yalnız kosmetik xarakter daşıyıb.

“Azərbaycan” nəşriyyatının binası 9 mərtəbədən ibarətdir. Binada müxtəlif redaksiyalara icarəyə verilmiş otaqlar, müxtəlif sexlərin yerləşdiyi çap sahəsi, eləcə də, qəzet-jurnal ekspedisiyası yerləşir.



Nəşriyyat binasını mərtəbə-mərtəbə gəzdik. Binanın əsaslı təmirə ehtiyacı olduğu kadrlardan da görünür. Binada işləyənlərin yaratdığı natəmiz mühit də diqqətdən yayınmır. Bütün mərtəbələrdə istənilən yerdə siqaret çəkilir, kötükləri hara gəldi atılır, sanitar qovşaqlara üfunətdən yaxın düşüləsi deyil.

“Azərbaycan” nəşriyyatının mətbuat xidmətinin rəhbəri Yeganə Qasımova REAL-a açıqlamasında bildirdi ki, 1974-cü ildən heç vaxt əsaslı təmir olunmayan binada təmir işlərinin aparılması məsələsi bir neçə ildir ki, müzakirə olunur. Lakin indiyədək bunun üçün vəsait ayrılmayıb: “Nəşriyyatın əsaslı təmir olunması bizim öz imkanlarımz xaricindədir. Binadakı vəziyyətdən müvafiq qurumlar da məlumatlıdır. Biz imkanımız daxilində buranı dağılmağa qoymuruq”.

AzVision.az


Teqlər: Mətbuat   Bina  





Xəbər lenti