ABŞ-ın daxil olmayacağı qlobal təşkilat yaradılır

ABŞ-ın daxil olmayacağı qlobal təşkilat yaradılır
  20 Sentyabr 2018    Oxunub:2194
Qlobal ticarət mübahisələrinin müzakirəsi və nizamlanması üzrə ABŞ-ın iştirak etməyəcəyi yeni beynəlxalq orqan yaratmaq olar.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo bu cür təkliflə çıxış edib. Lakin bildirib ki, Vaşinqtonun belə bir qlobal təşkilatın yaradılmasına dəstək verib-verməyəcəyi aydın deyil.

Azevedo həmçinin, xəbərdarlıq edib ki, dünyanın iki ən iri iqtisadiyatları – Çin və ABŞ arasında ticarətlə bağlı fikir ayrılıqları digər sahələrə də keçə bilər. Bu səbəbdən də, ÜTT onlar arasında dialoqun aktivləşdirilməsi cəhdlərinə ciddi diqqət ayırır.

Qeyd edək ki, ABŞ prezidenti DonaldTramp dəfələrlə ÜTT-nin əleyhinə çıxışlar edib. Trampın administrasiyası isə hazırkı ticarət hakimlərinin fəaliyyət müddətinin bitməsindən sonra ÜTT-nin apellyasiya palatasına təyinatları bloklayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ÜTT   ABŞ   Çin  





Xəbər lenti