Ceyhun Bayramov vətəndaşları qəbul edib

Ceyhun Bayramov vətəndaşları qəbul edib
  13 İyul 2018    Oxunub:3853
İyulun 13-də təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri ilə yanaşı burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), dərs yükünün artırılması, işə qəbul və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Bir sıra müraciətlərlə bağlı yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

AzVision.az


Teqlər: Təhsil-naziri   Qəbul  





Xəbər lenti