Azərbaycan enerji ixracını 2 dəfəyədək artırıb

Azərbaycan enerji ixracını 2 dəfəyədək artırıb
  12 İyul 2018    Oxunub:4026
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 156 milyon 305 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) məlumatına əsasən, 6 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 54 milyon 606 min ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövründə ölkədən 584 milyon 427 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 25 milyon 98 min dollar olub.

Beləliklə də, bu ilin birinci yarısında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti