Maşın bazarında durğunluq hökm sürür - VİDEO
Satıcılar deyir ki, maşınların qiyməti əvvəlki aylarda necədisə, indi də elə qalıb. Nisbətən ucuzlaşma isə kondisiıonersiz avtomobillərdə müşahidə edilir.
Həftələrlə bazarda münasib qiymətə avtomobil axtarıb tapa bilməyənlər də var. Alıcılar deyir ki, büdcələrinə uyğun maşın ya tapılmır,ya da əlavə xərc tələb edir.
Satıcıların sözlərinə görə, bazarlarda uzun müddət durğunluq davam etsə də, qiymət enməsi gözlənilmir. (Xəzər TV)
AzVision.az