Statistika Komitəsi Tiranada keçirilən seminarda təmsil olunub
İki gün davam edən seminarda statistik istehsal prosesində inzibati məlumatlardan necə istifadə etməli mövzusu ilə yanaşı, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM), Statistika Təşkilatları üçün Fəaliyyətlərin Ümumi Modelinin (GAMSO) və keyfiyyəti idarə etmə sisteminin (KİS) tətbiqinə dair iştirakçı ölkələrin təcrübələri bölüşülərək mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin seminarda Azərbaycan milli statistika sistemi haqqında təqdimat da nümayiş olunub, Dövlət Statistika Komitəsində keyfiyyəti idarəetmə sisteminin qurulması, metaməlumatlar sisteminin mövcud vəziyyəti, GSBPM-in milli versiyasının hazırlanması, keyfiyyəti idarə etmə sisteminin daxili auditlərinin aparılması, KİS sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran gələcək addımlar barədə ətraflı məlumat verilib.
AzVision.az
Teqlər: Statistika-Komitəsi