“Bakcell” Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib
“Etisalat” mobil operatoru isə öz növbəsində “Karabakh Telecom”la əməkdaşlığını məhz “Karabakh Telecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin “Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, “Etisalat” və “Karabakh Telecom”un əməkdaşlığının davam etməsi “Bakcell” ilə “Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək.
Bakcell şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.
AzVision.az
Teqlər: Bakcell